MÇTİ ilə “CARCAS” XATM arasında memorandum imzalandı

MÇTİ ilə “CARCAS” XATM arasında memorandum imzalandı
16.05.2025 14:43 Kənd Təsərrüfatı

18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi çərçivəsində keçirilən Dövlət-özəl tərəfdaşlığı çərçivəsində Aqronomların I Forumu başa çatıb. 

TodayPress TV xəbər verir ki, forumun yekununda Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu ilə “CARCAS” Xəzəryanı ölkələrin Aqrar Tədqiqatlar Mərkəzi arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Tərəflər meyvəçilik sahəsində tədris və təlim mərkəzlərinin yaradılması, elmi tədqiqatlar, innovasiyaların tətbiqi, birgə əkin nümayiş sahələrinin salınması, aqroinnovasiya platformalarının yaradılması istiqamətində əməkdaşlıq edəcəklər.

Memoranduma əsasən, aqrar sahədə ixtisaslı kadrların hazırlanması, birgə tədris modulları və sertifikat proqramlarının yaradılması, gənc mütəxəssislərin təcrübi biliklərinin artırılması istiqamətində əməkdaşlığı genişləndirməyi planlaşdırır.

FOTOLAR

MÇTİ ilə “CARCAS” XATM arasında memorandum imzalandı — 1
MÇTİ ilə “CARCAS” XATM arasında memorandum imzalandı — 2
XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər