Daşkəsəndə kənd təsərrüfatı məhsulları festivalı keçirildi

Daşkəsəndə kənd təsərrüfatı məhsulları festivalı keçirildi
19.07.2025 23:10 Kənd Təsərrüfatı

Daşkəsən rayonunun yaradılmasının 95 illik yubiley tədbirləri çərçivəsində Daşkəsən Gənclərin Təlim və İstirahət Mərkəzində “Daşkəsən kənd təsərrüfatı məhsulları festivalı” keçirilib.

TodayPress TV xəbər verir ki,  festivalın məqsədi Daşkəsən rayonunda ailə kəndli və fermer təsərrüfatlarının inkişafını təşviq etmək, yerli istehsalçıların məhsullarını tanıtmaq və ekoloji təmiz qida məhsullarını daha geniş kütləyə nümayiş etdirmək, həmçinin heyvandarlıq, arıçılıq, qurudulmuş və təzə dərman bitkiləri, dağ-meşə meyvələri, tərəvəz, ət və süd məhsulları, o cümlədən digər kənd təsərrüfatı sahələrinin inkişafına dəstək olmaqdır.

Festivalın əsas mövzusu “Təbii, ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsulları” olub. Burada iştirakçılar yerli ailə təsərrüfatları və fermerlər tərəfindən istehsal olunan keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə tanış olub və birbaşa istehsalçılardan alış ediblər. Eyni zamanda festivalda təbii üsullarla sağlamlığını qorumaq istəyən insanlara faydalı seçimlər təqdim edilib.

Sərgi-yarmarka, yarış və müsabiqələr, habelə mədəni tədbirlərdən ibarət olan tədbirdə musiqi, folklor çıxışları, kənd həyatına həsr olunmuş teatr tamaşaları və uşaqlar üçün oyun proqramlar təşkil edilib.

“Dadlı Daşkəsən” guşəsində milli mətbəx nümunələrinin təqdimatı, fermerlər arasında “Ən yaxşı stend” üzrə müsabiqələr və münsiflər heyəti tərəfindən qiymətləndirmə, uşaq və yeniyetmələr üçün əyləncə və idman proqramı da festival iştirakçılarının marağına səbəb olub. Festival konsert proqramı və atəşfəşanlıqla başa çatıb.

XƏBƏR LENTİ
31 MAY 2026
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Bütün Xəbərlər