Caspian Agro-2025 sərgisi çərçivəsində Aqronomların I Forumu keçirildi

Caspian Agro-2025 sərgisi çərçivəsində Aqronomların I Forumu keçirildi
16.05.2025 14:32 Kənd Təsərrüfatı

18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi (Caspian Agro 2025) çərçivəsində Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə 16 may tarixində “Dövlət-özəl tərəfdaşlığı çərçivəsində Aqronomların I Forumu” keçirilib. 

TodayPress TV xəbər verir ki, forumun əsas məqsədi dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi, aqronomların bilik və bacarıqlarının inkişaf etdirilməsi, innovativ texnologiyaların tətbiqi və bilik mübadiləsinin təşviq olunmasıdır.

Forumda dövlət və özəl sektorun nümayəndələri, aqronomlar, tədqiqatçılar, fermerlər və aqrar sahənin digər iştirakçıları bir araya gələrək aqronomiyanın mövcud vəziyyəti və inkişaf perspektivləri ilə bağlı geniş fikir mübadiləsi aparıblar.

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov forumun rəsmi açılış mərasimində çıxış edərək tədbirin əhəmiyyətini vurğulayıb. O, dövlət-özəl tərəfdaşlığı çərçivəsində keçirilən bu forumun aqrar sahədə bilik və təcrübə mübadiləsi üçün mühüm platforma olduğunu qeyd edib. Rektor aqronomiyanın inkişafında elm və təhsilin roluna toxunaraq, universitetin bu istiqamətdə həyata keçirdiyi təşəbbüslərdən danışıb.

Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov çıxışında bildirib ki, aqrar sahənin əsas sütunlarından biri olan aqronomiyanın inkişafı, bu sahədə çalışan mütəxəssislərin peşəkar inkişafı və sertifikasiyası kənd təsərrüfatının dayanıqlı inkişafı baxımından böyük önəmə sahibdir.

Dövlət-özəl tərəfdaşlığının daha səmərəli qurulması, kənd təsərrüfatı xidmətlərinin keyfiyyətinin artırılması və innovasiyaların tətbiqi baxımından bu forum mühüm əhəmiyyət daşıyır.

Forumda iştirak edən Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı nazirinin müavini, kənd təsərrüfatı nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Xəyalə Dadaşova öz çıxışında qeyd edib ki, aqronomların peşəkar inkişafı və innovativ yanaşmaların tətbiqi kənd təsərrüfatının dayanıqlı inkişafının əsas şərtlərindən biridir.

Bu sahədə çalışan mütəxəssislər ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında, torpaq münbitliyinin artırılmasında və məhsuldarlığın yüksəldilməsində xüsusi rol oynayırlar. 

Forumun açılış mərasimindən sonra keçirilən panel sessiyalarda aqronomlar və aqrar sahə üzrə ixtisaslaşmış tədqiqatçılar öz təcrübələrini tədbir iştirakçıları ilə bölüşüblər. Forumda xüsusi olaraq özəl müəssisələrdə çalışan aqronomların bilik və bacarıqlarının şəffaf və obyektiv meyarlarla qiymətləndirilməsi və sertifikatlaşdırılması məsələlərinə toxunulub.

Qeyd olunub ki, bu yanaşma peşəkarların əmək bazarında tanınmasına, xidmət keyfiyyətinin yüksəldilməsinə və sahəyə olan ictimai inamın möhkəmləndirilməsinə xidmət edir.

Tədbirin sonunda iştirakçılar aqrar sahənin inkişafına töhfə vermək məqsədilə bu cür fikir mübadiləsi platformalarının əhəmiyyətinə toxunub, bilik və təcrübə mübadiləsinin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

XƏBƏR LENTİ
31 MAY 2026
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Bütün Xəbərlər