Aqrar sığorta eksperti sertifikatı almaq istəyənlər NƏZƏRİNƏ

Aqrar sığorta eksperti sertifikatı almaq istəyənlər NƏZƏRİNƏ
03.09.2025 12:46 Kənd Təsərrüfatı

Azərbaycanda Aqrar Sığorta Fondu tərəfindən uğurla tətbiq edilən aqrar sığorta mexanizminin ehtiyaclarını qarşılamaq məqsədilə müstəqil aqrar sığorta ekspertlərinin hazırlanması prosesi davam edir. 

TodayPress TV xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib. 

Qanunvericiliyə əsasən müvafiq ixtisaslara malik olan şəxslər Aqrar Sığorta Fondunda keçirilən təlimlərdə iştirak edərək Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahana qatılmalıdırlar. İmtahanı uğurla başa vuran namizədlər aqrar sığorta eksperti sertifikatı alır, onların adları Azərbaycan Mərkəzi Bankının reyestrinə daxil edilir. 

Müstəqil aqrar sığorta eksperti sertifikatı almaq istəyən namizədlər üçün keçirilən növbəti test imtahanına qeydiyyat başlayıb.

Qeydiyyat prosesi 1 sentyabr saat 12:00-dan 15 sentyabr saat 18:00-dək davam edəcək. İmtahan 29 sentyabr 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S. Axundov, 50)  kompüter vasitəsilə elektron formada keçiriləcək.

Namizədlər DİM-in internet saytında (http://ekabinet.dim.gov.az) “Şəxsi kabinet” yaratmalı, “Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün test imtahanına onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçməlidirlər. 

İmtahanda iştirak ödənişlidir. Şəxi kabineti olmayan namizədlər “Şəxsi kabinet” yaratdıqdan sonra həmin kabinetin hesabına imtahanda iştirak üçün tələb olunan pul vəsaitini əlavə etməlidirlər. Qeydiyyatdan keçmiş, lakin imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

İmtahan Aqrar Sığorta Fondu tərəfindən təşkil olunmuş təlim proqramına dair açıq və qapalı tipli test tapşırıqlarını əhatə edir. Toplanılması mümkün olan ümumi (maksimal) bal 60-dır. 36 və daha yüksək bal toplamış namizədlər imtahandan müvəffəqiyyətlə keçmiş hesab edilirlər və onlara aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatının müvafiq növü verilir.

İmtahana Aqrar Sığorta Fondunun təlimlərində iştirak etmiş istənilən namizəd qatıla bilər.

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Bütün Xəbərlər