Zaqatalada avtomobil körpüdən aşdı - Xəsarət alanlar var

Zaqatalada avtomobil körpüdən aşdı - Xəsarət alanlar var
29.05.2025 21:40 Hadisə

Zaqatalada yol-nəqliyyat hadisəsi baş verib.

TodayPress "APA" istinadən bildirir ki, hadisə axşam saat 17 radələrində rayonun Əliabad qəsəbəsində qeydə alınıb. Belə ki, Abdulla Şabanovun idarə etdiyi “QAZ-24” markalı avtomobil idarəetmədən çıxaraq körpüdən aşıb.

Qəza nəticəsində sürücü A. Şabanov və sərnişin, 1969-cu il təvəllüdlü Zaqatala rayon sakini Abbas Bidzinov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusuna yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər