Zaqatala sakininin traktoru yandı

Zaqatala sakininin traktoru yandı
26.05.2025 22:40 Hadisə

Zaqatalada traktor yanıb.

TodayPress TV xəbər verir ki, hadisə axşam saat 17 radələrində rayonun Dağlı kəndinin inzibati ərazisindəki fındıq bağında baş verib.

Rayon sakini Vahid Ramazan oğlu İbrahimov idarə etdiyi T-80 markalı arxasına otbiçən aqreqat qoşulan traktorla iş görən zaman texnika anidən alışıb.

Yanğının ətraf ərazilərə keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində traktorun yanar konstruksiyaları tam yanıb.

Yanğın zamanı xəsarət alan olmayıb. 

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər