Xocəsən qəsəbəsində quru otluq sahə yanır

Xocəsən qəsəbəsində quru otluq sahə yanır
30.05.2025 22:00 Hadisə

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində quru otluq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə  TodayPress TV-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək.

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər