Ucarda qəza oldu, xəsarət alanlar var

Ucarda qəza oldu, xəsarət alanlar var
01.06.2025 11:05 Hadisə

Ucarda qəza olub, xəsarət alanlar var.

TodayPress TV APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan " Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə, 1977- ci il təvəllüdlü Səyyub Rəşid oğlu Allahverdiyev, 1967- ci il təvəllüdlü Aygün İdris qızı Məmmədova, 1964-cü il təvəllüdlü Vüqar Məmməd oğlu Məmmədov, 1988-cü il təvəllüdlü Fərəhxanım Vüqar qızı Hüseynova və 1983-cü il təvəllüdlü Tural Mahir oğlu Hüseynov aldıqları müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Vəziyyətləri nisbətən ağır olan S. Allahverdiyev və T. Hüseynov Göyçay xəstəxanasına aparılıblar.

Fakt araşdırılır.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər