Ucarda evdə kişi meyiti tapıldı
Ucarda evdə kişi meyiti aşkarlanıb.
TodayPress TV "Unikal"a istinadən bildirir ki, hadisə rayon mərkəzində, Heydər Əliyev prospektindəki evlərdən birində qeydə alınıb.
Belə ki, 1957-ci il təvəllüdlü Həsənov Eldar Əlisa oğlu yaşadığı evdə ölü vəziyyətdə tapılıb.
Faktla bağlı araşdırma aparılır.