Tovuzda zənciravi qəza - Xəsarət alanlar var

Tovuzda zənciravi qəza - Xəsarət alanlar var
24.05.2025 22:44 Hadisə

Tovuzda zənciravi qəza olub, xəsarər alanlar var.

TodayPress Tv-nin məlumatına görə, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ 2106 " ilə "KİA" markalı minik maşını toqquşub. Qəzadan sonra "VAZ 2106 "markalı minik maşını yol kənarında dayanan "VAZ 2101"ə, daha sonra isə avtomobil təmir sexinə çırpılıb.

Nəticədə bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər