Tovuzda minik avtomobili traktora çırpıldı, xəsarət alan var

Tovuzda minik avtomobili traktora çırpıldı, xəsarət alan var
23.05.2025 23:40 Hadisə

Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

TodayPress TV xəbər verir ki,  hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, "Vaz-2107" markalı minik avtomobili hərəkətdə olarkən traktorun qoşqusuna çırpılıb.

Qəza nəticəsində Tovuz rayonu Alakol kənd sakini 1961-ci il təvəllüdlü Süleyman Əhmədov xəsarət alıb və dərhal xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər