Tovuzda 66 yaşlı kişi çaya düşərək öldü

Tovuzda 66 yaşlı kişi çaya düşərək öldü
02.06.2025 22:50 Hadisə

Tovuzda 66 yaşlı kişi çaya düşərək ölüb.

TodayPress TV xəbər verir ki, hadisə rayonun Düz Cırdaxan kəndi ərazisində qeydə alınıb.

1959-cu il təvəllüdlü Ə.Ələkbərov sahədə suvarma işi görmək istəyən zaman anidən halı pisləşib və yaxınlıqdakı çaya yıxılıb.

Köməksiz vəziyyətdə qalan zərərçəkən orada dünyasını dəyişib.

Onun dəqiq ölüm səbəbi hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər