Təhlükəsizlik kameralarını sındıran yeniyetmələr müəyyənləşdirildi

Təhlükəsizlik kameralarını sındıran yeniyetmələr müəyyənləşdirildi
29.05.2025 12:17 Hadisə

Bakıda təhlükəsizlik kameralarını sındıran yeniyetmələr müəyyənləşdirilib, ziyan ödətdirilib. 

Bu barədə TodayPress TV-yə DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov məlumat verib. 

Onun sözlərinə görə, sosial şəbəkələrdə Binəqədi rayonu ərazisində təhlükəsizlik kameralarına zərər vurulması ilə bağlı paylaşılan görüntülər araşdırılıb:

"Əməli törədən dörd yeniyetmə polis əməkdaşları tərəfindən müəyyən edilib. Onlar valideynləri ilə birgə ərazi üzrə Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə dəvət ediliblər. Həmin şəxslərlə profilaktik söhbət aparılıb və dəyən ziyanın ödənilməsi təmin edilib".

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər