Sumqayıtda köhnə zavod ərazisində YANĞIN

Sumqayıtda köhnə zavod ərazisində YANĞIN
03.06.2025 20:50 Hadisə

Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsində yerləşən köhnə zavodlardan birinin həyətində yanğın hadisəsi baş verib.

TodayPress TV xəbər verir ki, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun ətraf ərazilərə, xüsusilə də yaxınlıqdakı sexlərə keçməsinin qarşısı alınıb.

Yanğın tamamilə söndürülüb. Ərazidə soyutma işləri aparılır, yanğının səbəbləri araşdırılır.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər