Siyəzəndə avtomobil aşdı, bir ailənin 4 üzvü xəsarət aldı

Siyəzəndə avtomobil aşdı, bir ailənin 4 üzvü xəsarət aldı
22.05.2025 20:10 Hadisə

Bakı-Quba magistral yolunun Siyəzən rayonunun Zarat kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

TodayPress TV xəbər verir ki, Siyəzən rayon sakini, 39 yaşlı Samir Əkbərovun idarə etdiyi “VAZ-2107” markalı minik avtomobili yolun ortasındakı dəmir arakəsmələrə çırpılıb və aşıb.

Qəza nəticəsində sürücü və onun ailə üzvləri - 35 yaşlı həyat yoldaşı Rəvanə Əkbərova, 16 yaşlı qızı və 10 yaşlı oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı DYP tərəfindən araşdırma aparılır.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər