Qanunsuz onlayn kazino əməliyyatları ilə məşğul olan şəxslər saxlanıldı

Qanunsuz onlayn kazino əməliyyatları ilə məşğul olan şəxslər saxlanıldı
28.08.2026 15:31 Hadisə

Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) qanunsuz onlayn kazino əməliyyatları çərçivəsində daha 3 nəfəri saxlayıb.

Bu barədə TodayPress TV-yə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, kiberpolisin həyata keçirdiyi növbəti tədbirlərlə saxlanılan Məhərrəm Quliyev, Sənan Fərziyev və Hikmət Həsənovun ölkə ərazisində fəaliyyəti qadağan olunan "Xbet", "MostBet" və "Vimpay" platformaları vasitəsilə vətəndaşları qanunsuz mərc oyunlarına cəlb etdikləri müəyyən olunub.

Təqsirləndirilən şəxslərin paytaxt ərazisində icarəyə götürdükləri mənzildən qanunsuz fəaliyyətin həyata keçirilməsi üçün istifadə etdikləri texniki vasitələr, bank kartları, mobil telefonlar və nağd pul vəsaitləri aşkarlanıb.

İstintaq zamanı müəyyən edilib ki, dəstə üzvləri qeyd olunan platformalar vasitəsilə əldə etdikləri külli miqdarda pul vəsaitini müxtəlif yollarla leqallaşdırıblar.

Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

TodayPress TV

XƏBƏR LENTİ
28 AVQUST 2026
Bütün Xəbərlər