Paytaxtda soyğunçuluq edən şəxs saxlanıldı

Paytaxtda soyğunçuluq edən şəxs saxlanıldı
19.05.2025 16:46 Hadisə

Sabunçu rayonu ərazisində talama cinayəti qeydə alınıb. Əlvan metalların alqı-satqısı ilə məşğul olan bir nəfərə naməlum şəxs yaxınlaşıb zor tətbiq etməklə pulunu ələ keçirib.

Bu barədə TodayPress TV-yə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Sabunçu RPİ 13-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə təqsirli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 39 yaşlı Rabil Quliyev müəyyən edilərək tutulub.

Saxlanılanın üzərindən şəxsi istifadəsi üçün əldə etdiyi psixotrop maddə metamfetamin də aşkarlanaraq götürülüb.

R.Quliyev ifadəsində narkotik vasitə aludəçisi olduğunu etiraf edib.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər