Nəsimidə 30 min manatlıq oğurluq edənlər saxlanıldılar

Nəsimidə 30 min manatlıq oğurluq edənlər saxlanıldılar
30.05.2025 10:50 Hadisə

Nəsimi rayonunda yerləşən evlərin birindən ümumilikdə 25000 manat pul, qızıl-zinət əşyaları və mobil telefon oğurlanıb. 

Bu barədə TodayPress TV-yə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş 41 yaşlı X.Bayramov saxlanılıb.

Rayon ərazisində daha bir oğurluq faktı isə Moskva prospektində qeydə alınıb. 

Paytaxt sakininin içərisində 5600 manat olan pul kisəsini talamaqda şübhəli bilinən Şamaxı rayon sakini 58 yaşlı qadın da müəyyən edilərək saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər