Naxçıvanda qadın gölə düşdü

Naxçıvanda qadın gölə düşdü
28.05.2025 06:00 Hadisə

Bu gün axşam saatlarında Naxçıvanda "Bazar gölü" adlanan ərazidə qadın gölə düşüb. 

TodayPress TV xəbər verir ki, Şahbuz rayonu, Külüs kənd sakini 1971-ci il təvəllüdlü Quliyeva Məhəbbət Mahmud qızı polis əməkdaşlarının səyləri nəticəsində göldən çıxarılıb.

Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilən 54 yaşlı qadının vəziyyəti orta-ağırdır.

Hadisənin hansı səbəbdən baş verdiyi hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər