Mingəçevirdə yaş yarımlıq körpə 3-cü mərtəbədən yıxıldı
Mingəçevirdə yaş yarımlıq uşaq binanın 3-cü mərtəbəsindən yıxılıb.
TodayPress TV "Unikal"a istinadən bildirir ki, hadisə Ş.İ.Xətai küçəsi 6 ünvanında yerləşən hündürmərtəbəli binada baş verib.
Nəzarətsiz qalan 2023-cü il təvəllüdlü Yevlax rayon Aşağı Bucaq kənd sakini Əsma Xasızadə binanın 3-cü mərtəbəsindən yerə çırpılıb.
Yaralı körpə doğmaları tərəfindən təcili xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma başlanıb