Lənkəranda 10 kiloqram narkotik vasitə aşkarlandı

Lənkəranda 10 kiloqram narkotik vasitə aşkarlandı
26.05.2025 14:44 Hadisə

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş külli miqdarda narkotik vasitəni ayrı-ayrı ünvanlara çatdırılaraq satışını təşkil edən əvvəllər məhkum olunmuş 57 yaşlı Elçin Hüseynov saxlanılıb. 

Bu barədə TodayPress TV-yə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, ondan 10 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana aşkarlanıb. 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

FOTOLAR

Lənkəranda 10 kiloqram narkotik vasitə aşkarlandı — 1
XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər