Goranboyda qəza oldu - Xəsarət alan var

Goranboyda qəza oldu - Xəsarət alan var
21.05.2025 01:11 Hadisə

Goranboyda idarəetmədən çıxan minik maşını qəza törədib.

TodayPress TV "Unikal"a istinadən bildirir ki,  hadisə Rəhimli kəndi yaxınlığından keçən magistral yolda baş verib.

İdarəetmədən çıxaraq qəza törədən avtomobil yol kənarına düşüb.

Qəza zamanı yaralanan bir nəfər Mərkəzi Xəstəxanaya çatdırılıb. Daha sonra isə o, rayondakı özəl klinikaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər