Goranboyda maşın piyadanı vurdu

Goranboyda maşın piyadanı vurdu
29.05.2025 22:50 Hadisə

Goranboy rayonunda piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

TodayPress TV-nin məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb. Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən orta yaşlı kişini vurub.

Yaralı dərhal xəstəxanaya çatdırılıb. Həkimlərin bildirdiyinə görə, onun vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər