Goranboyda "BMW" yandı

Goranboyda "BMW" yandı
02.06.2025 21:40 Hadisə

Goranboyda minik maşını yanıb.

TodayPress TV "Unikal"a istinadən bildirir ki, hadisə rayonun Qazanbulaq kəndi ərazisində baş verib.

Belə ki,  Gəncə şəhər sakini, 1995-ci təvəllüdlü  Ayxan Həsənov idarə etdiyi  "BMW" minik markalı avtomobili ilə hərəkətdə olan zaman avtomobildə yanğın başlayıb.

Hadisə yerinə FHN-nın yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb. Məlumata görə, yanğına səbəb avtomobilin elektrik xəttində  qısaqapanmanın olması səbəb olub. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər