Gəncədə piyada öldü
Gəncədə piyada yol qəzasında ölüb.
TodayPress TV "Unikal"a istinadən bildirir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Hərəkətdə olan minik maşını orta yaşlı kişini vurub. Piyada - 1961-ci il təvəllüdlü Kəlbəcər rayon sakini İ.Mirzəyev xəstəxanaya aparılarkən yolda ölüb. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.