FHN ümumtəhsil məktəblərində mülki müdafiə tədbirləri keçirdi

FHN ümumtəhsil məktəblərində mülki müdafiə tədbirləri keçirdi
23.05.2025 10:10 Hadisə

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Gəncə şəhəri, Şəmkir, Daşkəsən, Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonlarının ümumtəhsil müəssisələrində silsilə mülki müdafiə tədbirləri keçirilib. 

TodayPress TV xəbər verir ki, təhsil müəssisələrinin kollektivinin iştirakı ilə silsilə tədbirlərin keçirilməsində əsas məqsəd mülki müdafiə sahəsində maarifləndirmə işinin aparılması, fərdi və kollektiv mühafizə vasitələrindən, ilkin yanğınsöndürmə alət və avadanlıqlarından istifadə qaydalarının öyrədilməsi, fövqəladə hallar zamanı davranış qaydalarının aşılanması olub. 

Tədbirlər zamanı mülki müdafiə və fövqəladə hallarla bağlı təhlükəsiz davranış qaydaları barədə müvafiq biliklərin verilməsi məqsədilə “açıq dərslər” keçirilib, həmçinin baş vermiş şərti fövqəladə hadisə ilə əlaqədar məktəb kollektivinin təxliyəsi, yaranmış ekstremal vəziyyətin aradan qaldırılması əməliyyatı simulyasiya edilib. 

Uğurla keçən tədbirlərdən sonra əldə edilmiş nəticələrin təhlili aparılıb.

FOTOLAR

FHN ümumtəhsil məktəblərində mülki müdafiə tədbirləri keçirdi — 1
FHN ümumtəhsil məktəblərində mülki müdafiə tədbirləri keçirdi — 2
FHN ümumtəhsil məktəblərində mülki müdafiə tədbirləri keçirdi — 3
FHN ümumtəhsil məktəblərində mülki müdafiə tədbirləri keçirdi — 4
FHN ümumtəhsil məktəblərində mülki müdafiə tədbirləri keçirdi — 5
FHN ümumtəhsil məktəblərində mülki müdafiə tədbirləri keçirdi — 6
FHN ümumtəhsil məktəblərində mülki müdafiə tədbirləri keçirdi — 7
FHN ümumtəhsil məktəblərində mülki müdafiə tədbirləri keçirdi — 8
XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər