Dəmir yolundan oğurluq edənlər saxlanıldı
Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinə Biləcəri qəsəbəsi Güzdək dəmir yolu stansiyası ərazisindən 71 rels altlığının və digər materialların oğurlanması barədə məlumat daxil olub.
Bu barədə TodayPress TV-yə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 50 yaşlı X.İbadullayev və 30 yaşlı N.Dəmirov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.