Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanıldı

Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanıldı
16.05.2025 10:51 Hadisə

Mayın 15-də ölkə ərazisində qeydə alınan 59, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

Bu barədə TodayPress TV-yə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

- Axtarışda olduğuna görə ümumilikdə 89, o cümlədən borclu şəxs qismində axtarışda olan 66 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.       

- Narkotiklərlə əlaqəli 36, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 18 fakt müəyyən edilib.

- Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər