Cəlilabadda bıçaqlanma hadisəsi oldu

Cəlilabadda  bıçaqlanma hadisəsi oldu
29.05.2025 23:45 Hadisə

Cəlilabadda qətl hadisəsi baş verib.

TodayPress TV xəbər verir ki, Cəlilabad sakini 1988-ci il təvəllüdlü Bəhruz Ədalət oğlu Hüseynov rayonun Kirovka deyilən ərazisində, evinin giriş qapısında bıcaqlanaraq qətlə yetirilib.

Yaralı dərhal xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Hazırda baş verən hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılır.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər