Biləsuvarda fərdi evi ildırım vurdu

Biləsuvarda fərdi evi ildırım vurdu
16.05.2025 21:00 Hadisə

Biləsuvar rayonunda fərdi evi ildırım vurub.

TodayPress Tv xəbər verir ki, hadisə rayonun Xırmandalı kəndində baş verib.

İldırım düşən ev kənd sakini Nazim Adıgözəlova məxsusdur.

Ev sahibinin sözlərinə görə, ildırım əvvəl evin üstünü vuraraq dağıdıb. Sonra isə evdəki elektrik avandanlıqları və elektrik sayğacını yararsız hala salıb.

Sakinin bildirdiyinə görə, sonuncu dəfə kəndə təxminən 10 il öncə ildırım düşüb və bu, nadir hadisədir.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər