“Bazarstore”da müştərinin aldadılması faktı aşkarlandı

“Bazarstore”da müştərinin aldadılması faktı aşkarlandı
02.06.2025 11:32 Hadisə

Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən “Bazarstore” MMC barəsində inzibati xəta protokolu tərtib edib. 

Bu barədə TodayPress TV-yə Agentlikdən məlumat verilib. 

Şirkətin məhsulu üzərindəki qiymətdən daha yüksək məbləğə satdığı aşkarlanıb və bu hal İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinə (Malın qiyməti üzrə istehlakçının az miqdarda aldadılması) uyğun olaraq inzibati xəta kimi qiymətləndirilib.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər