Bakıda restoran yandı
Bakı şəhərinin Nərimanov rayonunda restoran ərazisində ümumi sahəsi 200 m² olan tikilinin yanar konstruksiyaları və içərisindəki əşyalar 80 m² sahədə yanıb.
TodayPress TV xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Tikilinin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.