Bakıda məktəb ərazisində bıçaqlanma oldu

Bakıda məktəb ərazisində bıçaqlanma oldu
11.07.2026 01:39 Hadisə

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

TodayPress TV xəbər verir ki, hadisə Maştağa qəsəbəsində yerləşən 293 saylı internat məktəbinin ərazisində qeydə alınıb.

2004-cü il təvəllüdlü Şamil Amil oğlu Hüseynov tanışı ilə mübahisə edərkən bıçaqlanıb. Onun qollarına 4, döş qəfəsi nahiyyəsinə 1 bıçaq zərbəsi vurulub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Hazırda hadisəni törədən şəxsin axtarışı aparılır.

XƏBƏR LENTİ
11 IYUL 2026
Bütün Xəbərlər