Bakı və Sumqayıtda oğurluq edən 6 nəfər saxlanıldı

Bakı və Sumqayıtda oğurluq edən 6 nəfər saxlanıldı
29.05.2025 10:47 Hadisə

Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi ərazisində 200 manat dəyərində velosiped, həmçinin iki market və bir sexdən oğurluqlar edilib.

Bu barədə TodayPress TV-yə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətmiş 26 yaşlı M.Tarverdiyev, 41 yaşlı T.Quliyev, 36 yaşlı R.Əliyev və E.Bayramov saxlanılıblar.

Bundan başqa, Səbail rayonunda bir nəfərə məxsus içərisində mobil telefon və bank kartları olan çantanı oğurlayan 46 yaşlı A.Əhmədov, Sumqayıt şəhərində isə marketlərin birində 415 manat talayan, əvvəllər məhkum olunmuş 54 yaşlı M.Hüseynxanov da saxlanılıb. 

Araşdırmalar aparılır.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər