Azərbaycan-Gürcüstan sərhədində zəlzələ oldu
Azərbaycan-Gürcüstan sərhədində 3,2 bal gücündə zəlzələ baş verib.
TodayPress TV xəbər verir ki, Gürcüstan Milli Seysmoloji Monitorinq Mərkəzinin məlumatına görə, yeraltı təkanlar səhər saat 09:45-də qeydə alınıb.
Zəlzələnin episentri Azərbaycan ərazisində, Gürcüstan sərhədindən təxminən 2 kilometr məsafədə yerləşib.
Yeraltı təkanların ocağı 23 kilometr dərinlikdə olub.
Zəlzələnin dağıntı və xəsarətlərə səbəb olub-olmadığı barədə məlumat verilməyib.
Türkan İsgəndərli