Ağstafada iki maşın toqquşdu, xəsarət alanlar var

Ağstafada iki maşın toqquşdu, xəsarət alanlar var
16.05.2025 22:30 Hadisə

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

TodayPress Tv məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Qıraqkəsəmən kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki minik maşını toqquşub.

Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər