36 kiloqrama yaxın narkotik vasitə aşkarlandı

36 kiloqrama yaxın narkotik vasitə aşkarlandı
19.05.2025 10:36 Hadisə

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 17-də və 18-də ümumi çəkisi 36 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. 

Bu barədə TodayPress TV-yə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 4,5 kiloqrama yaxın heroin, 25,6 kiloqrama yaxın marixuana, 4,3 kiloqrama yaxın tiryək, 1,3 kiloqramdan çox metamfetamin, 570 ədəd psixotrop tərkibli həb və 20 ədəd çətənə kolu olub.   Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.


XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər