23 yaşlı gənci it dişlədi

23 yaşlı gənci it dişlədi
22.05.2025 21:00 Hadisə

Lənkəranda it kişiyə hücum edib.

TodayPress TV-ə "Unikal"a istinadən bildirir ki, hadisə rayonun Nərimanabad qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 2002-ci il təvəllüdlü Ülvi Asif oğlu Qasımzadəyə it hücum edərək onu dişləyib.

Xəsarət alan Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Həkimlər ona sağ saidin və baldırın dişləmiş yarası diaqnozu qoyublar.

Müalicəsi xəstəxanada davam etdirilir.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər