Zelenski TƏSDİQLƏDİ - Müharibənin taleyini dəyişəcək 40 gün!

Zelenski TƏSDİQLƏDİ - Müharibənin taleyini dəyişəcək 40 gün!
25.06.2026 23:00 Gündəm

Ukrayna Prezidenti Volodimir Zelenski müharibəni başa çatdırmağa sövq etmək məqsədilə Rusiyaya təsir göstərməyə yönəlmiş 40 günlük əməliyyatı təsdiqləyib.

TodayPress TV xəbər verir ki, bu barədə dövlət başçısı Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsini icra edən general-mayor Yevgeni Xmaranın məruzəsindən sonra məlumat verib.

Müzakirələr zamanı, həmçinin Ukrayna Təhlükəsizlik Xidmətinin, xüsusilə də “Alfa” Xüsusi Əməliyyatlar Mərkəzinin cəbhədəki fəaliyyətinin nəticələri nəzərdən keçirilib.

Prezident qeyd edib ki, Ukrayna Təhlükəsizlik Xidməti artıq bir neçə aydır müxtəlif növ pilotsuz uçuş aparatlarından istifadə sayəsində cəbhədə Ukrayna mövqelərinin müdafiəsində ən yüksək göstəricilər nümayiş etdirir.

Dövlət başçısının sözlərinə görə, “Alfa” Xüsusi Əməliyyatlar Mərkəzi Rusiyanın canlı qüvvəsi və texnikasının məhv edilməsi üzrə əldə olunan nəticələrə görə ön sıralarda yer alır.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
26 IYUN 2026
Bütün Xəbərlər