Zelenski Putinlə görüşməyə HAZIRDIR? - Podolyak elan etdi
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinlə görüşməyə hazırdır.
TodayPress TV xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak bildirib.
Onun sözlərinə görə, Ukrayna lideri havada atəşkəs, enerji atəşkəsi, cəbhə xəttində müharibəni dondurmaq və çətin danışıqlara başlamağı təklif edir.