XİN: Həlak olan gəmi kapitanının nəşi tapıldı

XİN: Həlak olan gəmi kapitanının nəşi tapıldı
16.07.2026 20:48 Gündəm

Ukraynanın Odessa sahilləri yaxınlığında dron hücumu nəticəsində həlak olmuş Atlas Bey mülki ticarət gəmisinin kapitanı Səməd Nəsrullayevin nəşi aşkarlanaraq Odessaya gətirilib.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, müvafiq zəruri tədbirlər yekunlaşan kimi cənazə ölkəmizə yola salınacaq.

"Həlak olan gəmi kapitanının ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!",- məlumatda bildirilib.

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər