Vətən müharibəsinin ilk günü şəhid olan bir ailənin faciəsi

Vətən müharibəsinin ilk günü şəhid olan bir ailənin faciəsi
27.09.2026 11:32 Gündəm

Vətən müharibəsinin ilk günü cəbhədən uzaqda yaşayan dinc sakinlər də düşmənin hədəfinə çevrilib. Naftalanın Qaşaltı kəndinə atılan mərmilər bir ailənin beş üzvünün həyatına son qoyub.

TodayPress TV xəbər verir ki, erməni silahlı birləşmələrinin artilleriya atəşi nəticəsində Qurbanov Elbrus, həyat yoldaşı Qurbanova Şəfayət, gəlini Əmirova Afaq və onların nəvələri – 14 yaşlı Fidan və 13 yaşlı Şəhriyar həlak olublar.

Faciə zamanı ailənin başçısı hərbçi olduğu üçün döyüş bölgəsində, Vətənin müdafiəsində idi. O, cəbhədə olduğu bir vaxtda ailəsinin beş üzvü düşmənin atəşinə məruz qalıb.

Bu hadisə Vətən müharibəsinin ilk günlərində Azərbaycanın dinc əhalisinin də düşmənin məqsədli hücumlarından zərər çəkdiyini göstərən faciəli faktlardan biri oldu.

Kübra Musayeva

XƏBƏR LENTİ
27 SENTYABR 2026
Bütün Xəbərlər