Vaşinqtondakı hadisənin arxasında kim var? Mümkün səbəblər
Gündəm
26.04.2026 12:26
"Dürüst desək, elə də bir təşkilli terror hadisəsi deyil bu. Bir nəfərin, naşı psixin özfəaliyyətidir".
TodayPress TV xəbər verir ki, bunu politoloq İlqar Altay Vaşinqtonda Trampın iştirakı ilə keçirilən tədbirdə baş verən hadisə ilə bağlı danışarkən deyib.

O qeyd edib ki, ilkin məlumatlara görə, atışma Ağ Evdə deyil, Vaşinqtondakı "Hilton" otelində qeydə alınıb: "Tramp və ABŞ administrasiyasının yüksək vəzifəli şəxsləri üçün təşkil edilən şam yeməyindən sonra daxili görüşlər keçirilib.Məlumata əsasən, hücum edən şəxs otelin bitişik korpusunda qalırmış. O, ov tüfəngi (qısa Winchester tipli silah) və əlavə olaraq tapança ilə yanaşı bir neçə bıçaq da üzərində gəzdirib. Şəxs qonaqların olduğu korpusa daxil olmaq üçün binaarası koridordan istifadə etməyə çalışıb. Keçid məntəqəsində təhlükəsizlik yoxlanışı zamanı qəfil atəş açaraq mühafizə polisini hədəf alıb. Güllə zirehli jiletdən dəyərək keçdiyi üçün ciddi xəsarət qeydə alınmayıb.Hadisədən sonra təhlükəsizlik qüvvələri dərhal hərəkətə keçib, tədbir iştirakçıları ehtiyat tədbiri olaraq təxliyə olunub və prezident də daxil olmaqla qonaqlar təhlükəsiz əraziyə çıxarılıb. Qısa müddət ərzində hücum edən şəxsin kimliyi müəyyən edilib. Onun Kaliforniyanın Torrans şəhərindən olan 31 yaşlı Koul Tomas Allan olduğu, ali təhsilli müəllim işlədiyi və əvvəlki dövrlərdə psixoloji müalicə aldığı bildirilir.
"Polis hadisə ilə bağlı geniş araşdırma aparır. Kamera görüntüləri araşdırılır, şahidlər dindirilir və atışmanın motivləri dəqiqləşdirilir. Şübhəlinin yaxın günlərdə məhkəmə qarşısına çıxarılacağı gözlənilir,- o, əlavə edib.
İlqar Altay vurğulayıb ki, Prezident Tramp hadisəyə münasibət bildirərək bunun ona qarşı planlaşdırılmış bir sui-qəsd cəhdi olduğunu qeyd edib. Lakin təhlükəsizlik xidmətləri vəziyyətə operativ və peşəkar şəkildə müdaxilə ediblər.
"Ümumilikdə, hadisənin təşkil olunmuş terror aktı olmadığı, daha çox fərdi və psixoloji problemləri olan bir şəxsin təkbaşına həyata keçirdiyi hərəkət olduğu ehtimal edilir",- analitik fikrini tamamlayıb.
Jalə Rövşən
tag: ABŞ,İlqar Altay ,Vaşinqton ,Donald Tramp ,Todaypress.tv,
Deputat: "Hakim də, almanlar da "Qarabağ"ı sındıra bilmədi"
22.01.2026
"Qarabağ" yalnız geri dönüş edərək möhtəşəm qələbə qazanmadı, 90 dəqiqə almanlarla mükəmməl Azərbaycan-alman-ispan oyunu...
Millət vəkilindən SOS: Rusiya Azərbaycanın Abbas Abbasovla bağlı tələbini icra etməlidir!
17.12.2025
"Rusiya tərəfi Azərbaycanın mövqeyini nəzərə almalı və irəli sürülən tələbi icra etməlidir".Bunu Milli Məclisin deputatı...
Zelenski ölkəsinə yardıma görə Prezident İlham Əliyevə təşəkkür etdi
25.04.2026
Enerji sahəsində təchizata gəldikdə, belə çox ağır bir dövrdə biz 11 yardım paketi almışıq. Azərbaycana bu yardıma görə...
Ramiz Mehdiyevin həbsi bu məmurların cəzalandırılmasını tətikləyəcək - AÇIQLAMA
16.10.2025
"Ramiz Mehdiyevin həbsi rəsmi qurumlar daxilində gizli təsirlərin ortaya çıxmasına səbəb olan bir addım kimi qiymətləndi...
Zakir Həsənov onu vəzifəsindən azad etdi
13.02.2026
Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi dəyişib.TodayPress TV xəbər verir ki, bu barədə müdafiə naziri, general-polkovnik...
SON DƏQİQƏ! Bakıda eşidilən dron səsləri ilə bağlı NÖVBƏTİ AÇIQLAMA
16.03.2026
“Azərbaycanın hava məkanı tam şəkildə nəzarət altındadır. Azərbaycan Silahlı Qüvvələrinin hava hücumundan müdafiə sistem...
Vardanyanla bağlı “Oliqarxın sistemi” filmindəki mesajlar - Ramiz Yunus yazır...
27.12.2025
“Putinin pul kisəsi” adlandırılan, erməni əsilli rus oliqarxı Ruben Vardanyan haqqında çəkilmiş “Oliqarxın sistemi” film...
ŞOK! İran xəritədən silinə bilər- MÜSAHİBƏ - VİDEO
10.01.2026
İranda hökumət əleyhinə etirazlar davam edir, ölkədə vəziyyət getdikcə daha da gərginləşir. Dekabrın 28-də Tehran bazarı...
Əl enerjisi ilə ölümü tezləşdirirmiş - Özbək “həkim”lə bağlı DƏHŞƏTLİ FAKT
13.03.2026
Bakıda yerləşən “Bİ ES VİP” estetik klinikasında özbək əsilli İqbol Soliyevin xəstələri əl enerjisi ilə müalicə etdiyi i...
“Bu, Avropada 4, bizdə 1 dəfə olur” – VİDEO – MÜSAHİBƏ
18.02.2026
TodayPress TV Ağ Partiya sədri Tural Abbaslı ilə müsahibəni təqdim edir:
