Vaşinqtonda Azərbaycanın dövlət rəhbərliyinə qarşı təxribat xarakterli hərəkətlərin qarşısı alındı
Gündəm
20.02.2026 00:17
Vaşinqtonda bir qrup radikal şəxs təxribat xarakterli hərəkətlərə yol verib.
TodayPress TV xəbər verir ki, anti-milli radikal qrup təxribat törətməyə cəhd edib, Azərbaycan dövlətinin rəhbərliyinə qarşı təhqiramiz və qeyri-etik ifadələr səsləndirib, eyni zamanda mühafizə olunan əraziyə daxil olmağa çalışıb.
Hadisə zamanı Prezidentin təhlükəsizlik xidməti ABŞ polisi ilə birlikdə operativ müdaxilə nəticəsində vəziyyəti nəzarət altına alıb, radikaları ərazidən uzaqlaşdırıb və mümkün insidentin qarşısını alıb.
İlkin məlumatlara görə, insident nəticəsində ciddi pozuntu qeydə alınmayıb.
Sosial şəbəkələrdə yayılan videogörüntülərdə radikal qrup üzvlərinin açıq şəkildə nalayiq ifadələr işlətdiyi eşidilir. Qeyd olunur ki, görüntülər hadisənin təxribat xarakteri daşıdığını göstərir.
tag: ABŞ,Təxribat,Azərbaycan,Radikal,Todaypress.tv,
