Türk dünyasının ÜDM-i 5,4 trilyon dolları ötür — Deputat
Gündəm
02.04.2026 17:00
“Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin baş nazirlərinin ikinci görüşü başlayıb. TDT nəinki regionda, bütövlükdə bir sıra qlobal məsələlərdə xüsusi mövqeyə malik qurumlardandır”.
Bu fikirləri TodayPress TV-yə açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Deputat bildirib ki, 2,1 trilyon nominal ÜDM-ə malik olan Türk dünyası yeni regional əməkdaşlıq modelidir və kifayət qədər geniş, strateji baxımdan vacib coğrafiyada təşkilat çərçivəsində ünvanlı və sistemli əməkdaşlıq həyata keçirilir:
“Əgər Türk ölkələri vahid iqtisadi blok olsaydı, o zaman alıcılıq qabiliyyəti nəzərə alınmaqla ÜDM-in həcminə görə dünyada ən böyük 7-ci ölkə olardı”.
Onun sözlərinə görə, Türk dövlətlərinin alıcılıq qabiliyyəti (PPP) nəzərə alınmaqla ÜDM-i 5 trilyon 476 milyard dollardır:
“Alıcılıq qabiliyyəti nəzərə alınmaqla Türk dünyasında adambaşına düşən ÜDM 31 min dollardan çoxdur”.
Deputat vurğulayıb ki, Türk dünyası bütövləşir, əməkdaşlıq edir və inkişaf edir:
“Türk dövlətləri indiki qədər heç zaman bu qədər yaxın və birgə olmayıblar. Buna sevinənlər də var, narahat olanlar da”.
Qiymət Mahir
tag: Vüqar Bayramov,Deputat,TDT,ÜDM,Trilyon,Dollar,Todaypress.tv,
