Trampın Tehrana qarşı böyük blokadası BİTDİ! - "ABŞ İran gəmilərinə mane olmur"

Trampın Tehrana qarşı böyük blokadası BİTDİ! - "ABŞ İran gəmilərinə mane olmur"
18.06.2026 21:21 Gündəm

Ağ Ev lideri Donald Trampın göstərişinə uyğun olaraq, ABŞ qüvvələri İran limanlarına və sahilyanı ərazilərinə daxil olan və oradan çıxan bütün dəniz nəqliyyatına tətbiq edilən blokadanı aradan qaldırıb.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı "X" sosial şəbəkəsində yazıb.

Qeyd olunub ki, ABŞ qüvvələri Ərəb körfəzi və Oman körfəzində İran limanlarına gedən və ya oradan çıxan gəmilərin hərəkətinə mane olmur.

"ABŞ ordusunun blokadanın icrası ilə bağlı bütün fəaliyyətləri dayandırılıb. Böyük Hərbi Dəniz Qüvvələrimiz razılaşmanın bütün şərtlərinə əməl olunmasını, onların yerinə yetirilməsini və tam qüvvədə qalmasını təmin etmək məqsədilə ümumi ərazidə qalmağa davam edəcək", - deyə Komandanlıqdan bildirilib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
19 IYUN 2026
Bütün Xəbərlər