Tramp İrana qarşı strategiyanı dəyişdi: Danışıqlar DAYANDIRILDI!

Tramp İrana qarşı strategiyanı dəyişdi: Danışıqlar DAYANDIRILDI!
19.08.2026 02:26 Gündəm

ABŞ Prezidenti Donald Tramp Amerika administrasiyasının nümayəndələrinə İranla danışıqları dayandırmağı tapşırıb.

TodayPress TV xəbər verir ki, bu barədə “CNN” telekanalı ABŞ rəsmisinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, ABŞ siyasi müttəfiqlərinə strategiyasını dəyişdiyi barədə məlumat verib. “İranı mümkün qədər tez məğlub etmək” yanaşmasını zamanla onu “boğmaq” ideyası əvəz edib.

“CNN” qeyd edir ki, Tramp əvvəllər dəfələrlə danışıqların yaxşı getdiyini və yeni sazişin tezliklə bağlanacağını bildirsə də, indi ABŞ lideri bu istiqamətdə heç bir diplomatik səylərin olmadığını deyir.

Telekanalın mənbələrinin məlumatına görə, Tramp kürəkəni Cared Kuşner, vitse-prezident Cey Di Vens və xüsusi nümayəndə Stiv Uitkoffun daxil olduğu danışıqlar qrupuna Tehranla əlaqə saxlamamaq barədə göstəriş verib.

Mənbələr bildiriblər ki, prezident bunu İranla “müsbət danışıqlardan” sonra əmr etsə də, Tramp Tehranın onun tələblərinə güzəştə getməyə hazır olmamasından narazıdır.

Qeyd olunur ki, ABŞ lideri danışıqları bərpa etməzdən əvvəl İslam Respublikası liderlərinin onun istədiyi sazişi bağlamağa hazır olduqlarını nümayiş etdirməsini gözləmək istəyir.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
19 AVQUST 2026
Bütün Xəbərlər