Telekanallarda verilişlər bağlanır: Növbə onlara çatır…
Gündəm
25.02.2026 17:54
Sosial şəbəkələrdə yayılan məlumatlara görə, Elgiz Əkbər və Tarix Əliyevin (Tolikin) müəllifi və aparıcısı olduğu verilişlər bağlanıb.
Bildiyimiz kimi, son günlər Azərbaycan telekanallarının hazırkı vəziyyəti də ciddi müzakirələr yaradıb.
Bu barədə TodayPress TV-yə danışan televiziya tənqidçisi İlkin Məmmədkərimov bildirib ki, növbəti mərhələdə sosial verilişlərin də dayandırılması gündəmə gəlməlidir.

Onun sözlərinə görə, hazırda efir vaxtının böyük hissəsini məhz sosial proqramlar tutur:
"Əyləncə proqramlarının da sayı azaldılmalı, onların yerinə daha çox müzakirə və debat formatlı verilişlər hazırlanmalıdır. Sosial problemlərin isə ayrıca proqramlar şəklində deyil, daha çox xəbər formatında təqdim olunması məqsədəuyğun hesab edilir".
Tənqidçi ümumilikdə xəbər proqramlarının sayının artırılmasına ehtiyac olduğunu vurğulayıb:
"Televiziyalar isə çox vaxt bəhanə gətirirlər ki, bayağı məzmun yayımlandıqda daha yüksək reytinq əldə olunur. Bu məsələyə ümumi qadağa tətbiq olunmalıdır. Bayağı ifaçıların və bayağı verilişlərin yayımı tamamilə dayandırılmalıdır".
İlkin Məmmədkərimov qeyd edib ki, bütün televiziyaların yekdilliklə bu tip proqramların yayımını dayandıracağı təqdirdə, televiziya məkanında mövcud xoşagəlməz vəziyyət xeyli yaxşılaşa bilər.
Türkan İsgəndərli
tag: İlkin Məmmədkərimov,televiziya tənqidçisi,Telekanal,Veriliş,Todaypress.tv,
