Tehran Qətərin vasitəçilik iddialarını təkzib etdi: "Hörmüz boğazı açılmayacaq"
İran Hürmüz boğazının açılmasına icazə verməyəcək, Tehranın su yolunun fəaliyyətinin bərpası ilə bağlı Qətər vasitəçilərinin təklifini qəbul etməsi barədə məlumatlar isə yalandır.
TodayPress TV xəbər verir ki, bu barədə İranın danışıqlar qrupundakı mənbəyə istinadən "Fars" agentliyi məlumat yayıb.
Mənbənin verdiyi məlumata görə, Hürmüz boğazı vasitəsilə gəmiçiliyin bərpa olunması haqqında heç bir saziş mövcud deyil, bu barədə yayılan məlumatlar isə həqiqəti əks etdirmir.
Agentliyin həmsöhbəti vurğulayıb ki, "ABŞ öz düşmənçilik əməllərini davam etdirdiyi" müddətcə boğaz bağlı qalacaq.
Aysel Mətləb