"Tehran cavab zərbəsindən qorxur" - Netanyahu
"Yaxın Şərq və İran artıq əvvəlki kimi olmayacaq".
TodayPress TV xəbər verir ki, bu fikirləri İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.
O qeyd edib ki, son bir ay ərzində Tehran hücumlar həyata keçirməyib, çünki İsrailin daha da sarsıdıcı cavab zərbəsi endirməyə hazır olduğunu bilir.
Baş nazir əlavə edib ki, İran çox ağır zərbə alıb.